Telefon
WhatsApp
Rubio: Ərəb ölkələri İranın zərbələrinə görə kompensasiya məsələsini qaldırır
300 X 250 Reklam Alanı

Ərəb dövlətləri İranın zərbələrinə görə kompensasiya məsələsini qaldırır və Vaşinqton bu məsələni Tehranla gələcək danışıqlar zamanı müzakirə etmək niyyətindədir.

Çağrı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Bəhreynin Manama şəhərində jurnalistlərə açıqlamasında bildirib.

Amerika diplomatiyası rəhbərinin sözlərinə görə, bu mövzu onun Manamada Körfəz Əməkdaşlıq Şurasından (KƏŞ) olan həmkarları ilə görüşü zamanı qaldırılıb.

"Onlar yenidənqurma üçün müəyyən maliyyələşdirmə istəyirlər. Onlara ziyan dəyib. Onlar bu ziyana görə kompensasiya istəyirlər", - deyə Rubio qeyd edib. 

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!