Rumıniya PUA-lardan qorunmaq üçün NATO-dan kömək istəyib
"Rumıniya şərq cinahında PUA-lara qarşı müdafiəsini gücləndirmək üçün NATO müttəfiqlərindən rəsmi olaraq müvəqqəti əlavə yardım istəyib".
Çağrı.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri vəzifəsini icra edən Radu Miruța Brüsseldə NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Ali Qərargahına (SHAPE) səfərindən sonra açıqlayıb.
O, "Facebook" səhifəsində yazıb: "Bu gün Belçikada, NATO-nun hərbi qərargahında, alyansın hərbi əməliyyatlarını idarə edən və əlaqələndirən SHAPE-də idim. 32 üzv dövlətin hərbi nümayəndələri qarşısında Rumıniyanın üzləşdiyi reallığı təqdim etdim. Dobruja zonasında PUA-larla necə mübarizə apardığımızı, sistemlərimizdən necə istifadə etdiyimizi, hansı zəiflikləri müəyyən etdiyimizi və xüsusən də onları aradan qaldırmaq üçün hansı tədbirləri gördüyümü açıq şəkildə izah etdim".
“SAFE proqramı çərçivəsində təxminən 3 milyard avro dəyərində müasir hava hücumundan müdafiə və pilotsuz təyyarələrə qarşı müdafiə sistemləri sifariş etmişik. Bu, ehtiyaclarımızı ödəyəcək, lakin ilk tədarüklər təxminən bir il yarım ərzində başlayacaq. O vaxta qədər şərq cinahında müdafiəni gücləndirmək üçün müvəqqəti müttəfiq dəstəyi tələb etmək qanunidir”, - deyə o vurğulayıb.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər