Telefon
WhatsApp
Rusiya Braziliyaya mineral gübrə tədarükünü artıracaq
300 X 250 Reklam Alanı

Rusiya 2026-cı ildə Braziliyaya mineral gübrə tədarükünü artırmağa hazırdır. 

Çağrı.az xəbər verir ki, bu barədə Rusiya Gübrə İstehsalçıları Assosiasiyasının (RAPU) prezidenti Andrey Quryev bildirib.

"Braziliya mineral gübrələrin ən böyük alıcısıdır. Bu gün Braziliyada istifadə olunan mineral gübrələrin hər üçüncü tonu Rusiyada istehsal olunur. 11 milyon ton ötən il əldə etdiyimiz maksimum nəticədir və əminəm ki, bu il də tədarük həcmini üstələyəcəyik", - deyə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışı zamanı bildirib.

Quryev əvvəllər qeyd etmişdi ki, Rusiya son iki ildə Braziliyaya aqrokimyəvi məhsulların tədarükündə tarixi maksimum həddini aşıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!