Rusiya XİN: Kubaya qarşı artan xarici təzyiqlərdən narahatıq
"Rusiya Kuba ətrafında gərginliyin artması və "Azadlıq Adası"na artan xarici təzyiqlə bağlı ciddi narahatlığını bildirir".
Çağrı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.
"Süni şəkildə təhrik edilmiş qarşıdurma atmosferində Rusiya Kuba hökuməti və onun qardaş xalqı ilə sarsılmaz həmrəyliyini bir daha təsdiqləyir. Biz suveren dövlətin daxili işlərinə kobud müdaxilə, hədə-qorxu və qanunsuz birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqini qətiyyətlə pisləyirik", - məlumatda qeyd olunub.
Rusiya XİN həmçinin əlavə edib:
"Bu gün "Azadlıq Adası" görünməmiş çətinliklərlə üzləşir ki, bu da ABŞ-ın Kubaya qarşı uzun müddətdir davam edən ticarət, iqtisadi, maliyyə və son zamanlar enerji embarqosunun birbaşa nəticəsidir.
Əminik ki, azadlıq, müstəqillik və sosial ədalət ideyalarına sadiqliyini dəfələrlə sübut edən, eləcə də xarici təhdidlər qarşısında misilsiz dözümlülük və cəsarət nümayiş etdirən qəhrəman Kuba xalqı öz inkişaf yolunu suveren şəkildə seçmək kimi ayrılmaz hüququnu müdafiə edə biləcək.
Öz tərəfimizdən Kubaya lazımi yardımı, o cümlədən maddi yardımı göstəririk və göstərməyə davam edəcəyik".





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: