Rəsmiyyə Sabirin “Şeir qadın” kitabı nəşr olunub
Tanınmış şair, DGTYB Məsləhət Şurasının üzvü Prof.Dr. Rəsmiyyə Sabirin “Şeir qadın” adlı yeni kitabı qardaş Qazaxıstanda gün üzü görüb. Kitabın redaktoru tanınmış qazax şairi, Əməkdar mədəniyyət xadimi, alim-pedaqoq Dövlətkerey Kəpulıdır. “Foliant” nəşriyyatında çıxan kitabı qazax dilinə Qazaxıstan Yazıçılar Birliyinin üzvü, “Ayböz” Milli Ədəbi Mükafatı laureatı, şair-tərcüməçi Asem Erejeqızı uyğunlaşdırıb.
Çağrı.az xəbər verir ki, bu barədə "BAYRAQDAR MEDİA" DGTYB-ə istinadən məlumat yayıb.
Məlumata görə, kitabda Rəsmiyyə Sabirin zəngin poetik dünyasını əks etdirən seçmə şeirlər yer alıb:
“Müəllif insan ruhunun dərin qatlarına enərək vətən sevgisi, şəhidlik və azadlıq uğrunda mübarizə kimi mövzuları yüksək bədii dillə təqdim edib. Kitabdakı şeirlərdə Qarabağ ağrısı, Şuşa həsrəti və qələbə sevinci ilə yanaşı, insanın daxili iztirabları, mənəvi axtarışları və həyatın faniliyi fəlsəfi baxımdan özünəməxsus şəkildə işlənilib. Müəllifin səmimi və təsirli üslubu oxucunu həm düşündürür, həm də duyğulandırır”.
Qeyd edilib ki, Rəsmiyyə Sabirin poeziyası Azərbaycanla yanaşı, Türk dünyasında maraqla qarşılanır və təqdir edilir. Onun şeirləri müxtəlif dillərə çevrilmişdir.
“Şeir qadın” kitabı Qazaxıstan oxucusuna çağdaş Azərbaycan poeziyasını tanıtmaqla yanaşı, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər fonunda türk xalqları arasında ədəbi körpü rolunu oynayır.





Oxşar
Müasir Azərbaycan ədəbiyyatında gənclərin rolu - Müsahibə
SƏN VARSAN DÜNYADA...
Heç düşünmüsünüzmü, dilimizdəki “öyrənmək" fəaliyyəti ilə “ana" sözü arasında hansı gizli bağ var?
Mübariz Yunus qiraət gecəsi: 3 May və şəhidlər anılıb
Öksüz, yaxud son busə - Əli bəy Hüseynzadə
Mən dünyanın bir üzüyəm
Qarşılıqlı dünyadayıq...
Gələcəyə atılan oxlar ...