Sabah güclü külək əsəcək - PROQNOZ
Martın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Bu barədə Çağrı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, düşəcəyi ehtimalı var. Arabir duman olacaq və qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.





Oxşar
Bazar gününün havası
Sabah 16 dərəcə isti olacaq
Sabah yağıntı intensivləşəcək
Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür, dağ çaylarına ağır texnika cəlb olunub
İntensiv yağıntılar davam edir - FAKTİKİ HAVA
Yağışlı hava sabah da davam edəcək
Sabah yağış yağacaq
Sabah yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ