Sabah hava isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Çağrı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəsək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.





Oxşar
Bakıda və Abşeron yarımadasında yağış yağır
Sabahdan intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakıda və Abşeron yarımadasında yağış yağacaq
Bəzi bölgələrə dolu düşəcək - XƏBƏRDARLIQ
Sabah hava küləkli olacaq
Hava 27 dərəcə isti olacaq
Şuşa və Laçına dolu düşüb - FAKTİKİ HAVA