Sabah hava küləkli olacaq
Bakıda və Abşeron yarımadasında mayın 19-u gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Çağrı.az-a verilən məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 755 civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20-24° isti olacaq.





Oxşar
Bakıda və Abşeron yarımadasında yağış yağır
Sabahdan intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakıda və Abşeron yarımadasında yağış yağacaq
Bəzi bölgələrə dolu düşəcək - XƏBƏRDARLIQ
Sabah hava küləkli olacaq
Hava 27 dərəcə isti olacaq
Şuşa və Laçına dolu düşüb - FAKTİKİ HAVA