Sabah planetlərin paradı olacaq
Sabah maraqlı astronomik hadisə olan "Planetlər paradı" fenomeni baş verəcək.
Çağrı.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat verib.
Məlumata görə, bu zaman Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter Günəş batdıqdan bir qədər sonra səmada bir düz xətt boyunca sıralanmış şəkildə görünəcəklər.
Paradı növbəti bir neçə gün ərzində də müşahidə etmək mümkün olacaq.
Həmin gün Günəş saat 18:30-da batacaq ki, müşahidə üçün ən əlverişli vaxt da məhz Günəşin batmasından dərhal sonrakı dövrdür. Mars isə saat 17:28-də batdığı üçün sözügedən paradda iştirak etməyəcək. Venera saat 19:31-də, Merkuri isə saat 19:37-də batdığından, paradı izləmək üçün uyğun zaman intervalı 18:30–19:37 aralığıdır. Ümumilikdə, Günəş batdıqdan sonra ilk 30-40 dəqiqə ərzində müşahidə aparmaq daha məqsədəuyğundur. Çünki sonra planetlərin hamısını eyni anda səmada görmək mümkün olmayacaq.
Merkuri və Venera Günəşə yaxın yerləşdiklərinə, Saturn isə Yerdən müşahidə üçün əlverişsiz mövqedə olduğuna görə adi gözlə o qədər də aydın seçilmirlər. Uran və Neptunu isə yalnız kiçik teleskoplar vasitəsilə müşahidə etmək mümkündür.
"Planetlərin paradı" bir neçə formada baş verə bilər. Mini parad – 3 planetin, Kiçik parad - 4 planetin, Böyük parad - 5 və ya 6 planetin, Tam parad - bütün 7 planet və bəzən Plutonun da Yer səmasında eyni xətt boyunca düzülməsi müşahidə edilir.
Planetlərin paradı tamamilə vizual xarakter daşıyır. Yer səmasında onlar ardıcıl düzülmüş kimi görünsələr də, kosmosda planetlərin real konfiqurasiyası fərqli olur. Cari konfiqurasiyanı müvafiq keçid vasitəsilə izləmək mümkündür. Bundan başqa, planetlərin səmadakı mövqeyini daha asan müəyyənləşdirmək üçün Sky Map, Stellarium və ya Sky Tonight kimi tətbiqlərdən istifadə etmək olar.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: