Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artması nəzərə alınaraq iyulun 18-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini "Sea Breeze" istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur.
Bu barədə ÇAĞRI.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, həftənin şənbə və bazar günləri metronun "Koroğlu" stansiyasının cənub çıxışından ("Piramida" tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.
Marşrut üzrə aralıq dayanacaqlar bunlardır: Heydər Əliyev prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi); Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi); Mərdəkan prospekti (Binə qəsəbəsi); Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə); 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi); Bilgəh Kardioloji Sanatoriyası; Bilgəh–Pirşağı yolu (çimərlik ərazisi); Sea Breeze 1; Sea Breeze 2.
Böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,90 manat müəyyən edilib.





Oxşar
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
İnvestorları narahat edən əsas risklər