Sabahdan yağıntılar tədricən kəsiləcək - PROQNOZ
Bakıda və Abşeron yarımadasında martın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Çağrı.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur.
Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 90-95 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.





Oxşar
Bazar gününün havası
Sabah 16 dərəcə isti olacaq
Sabah yağıntı intensivləşəcək
Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür, dağ çaylarına ağır texnika cəlb olunub
İntensiv yağıntılar davam edir - FAKTİKİ HAVA
Yağışlı hava sabah da davam edəcək
Sabah yağış yağacaq
Sabah yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ