Si Cinpin və Kim Çen In münasibətlərin inkişafı barədə razılığa gəliblər
Çin Xalq Respublikasının Sədri Si Cinpin və Şimali Koreya lideri Kim Çen In yeni dövrdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı mühüm razılığa gəliblər.
Çağrı.az xəbər verir ki, bu barədə Çin liderinin dövlət səfəri münasibətilə keçirilən qarşılama ziyafətindən sonra "Sinxua" xəbər agentliyi məlumat yayıb.
"Bu səfər zamanı yoldaş Baş katib Kim Çen Inla mən mühüm bir konsensusa gəldik. Tərəflər sosializmin gələcəyinin strateji perspektivindən çıxış etmək, yüksək səviyyəli əlaqələri gücləndirmək, strateji qarşılıqlı əlaqəni dərinləşdirmək, praktiki əməkdaşlığı genişləndirmək və iki ölkə xalqları arasında əlaqələri təşviq etmək barədə razılığa gəliblər", - Si Cinpin bildirib.
Kim Çen In da öz növbəsində qeyd edib ki, Si Cinpinlə yeni görüşü dəyişən beynəlxalq vəziyyəti nəzərə alaraq mühüm razılaşmalar əldə etməyə imkan verib. Şimali Koreya lideri əlavə edib ki, tərəflər həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparıblar.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər