"Spotify" süni intellekt məzmunlarını ayırd etmək üçün “yaşıl təsdiq nişanı” tətbiq edir
"Spotify" istifadəçilərin platformadakı məzmunların süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını və sənətçilərin real şəxs olub-olmadığını ayırd etməsi üçün yeni “təsdiq nişanı” sistemini istifadəyə verməyə hazırlaşır.
Çağrı.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edilib ki, platforma sənətçilər üçün “doğrulanmış” simvol təqdim edəcək və müəyyən standartlara cavab verən profillərin yanında "Spotify" tərəfindən doğrulanıb” yazısı ilə yaşıl işarə yerləşdiriləcək.
Bu standartlara sənətçinin sosial media hesablarının mövcudluğu, dinləyici aktivliyinin ardıcıllığı, məhsul satışları və konsert fəaliyyətləri kimi meyarlar daxildir. Şirkət bildirir ki, istifadəçilərin aktiv axtardığı sənətçilərin 99%-dən çoxu bu sistemlə təsdiqlənəcək və bu, yüz minlərlə ifaçını əhatə edəcək.
Məlumata görə, "Spotify" doğrulama prosesində musiqi mədəniyyətinə və tarixinə mühüm töhfə verən məzmunlara üstünlük verəcək. Yeni sistemin yaxın həftələrdə tətbiq olunması planlaşdırılır.





Oxşar
Azərbaycan Prezidenti İlham Əliyevin Berlindəki görüşləri.
Türk Dünyasına Kalemiyle Can Verenlerin Canıyla Ödediği Bedel
Türkiyə-İsrail rəqabəti və yeni Yaxın Şərqin formalaşması
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi
ABŞ-İran Gərginliyi: Hörmüz Boğazı Yenə Bağlana Bilər
Türk Dünyasında İmtahan Mərkəzləri Bir Araya Gəldi
Özbəkistanın gömrük xidmətində rəqəmsal transformasiyanın praktiki nəticələri
Türk kimliyinə qarşı "DNT hücumu"? – "Məsələ təkcə gen deyil..."