Telefon
WhatsApp
Starmer 2028-ci ildə NATO baş katibliyinə namizəd ola bilər
300 X 250 Reklam Alanı

"Hakim Leyborist Partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayan Böyük Britaniyanın Baş naziri Kir Starmerin 2028-ci ildə boş qalacaq NATO-nun baş katibi vəzifəsi ilə maraqlandığı bildirilir".

Çağrı.az xəbər verir ki, bu barədə "The Observer" mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, siyasi təcrübəsinə baxmayaraq, Starmerin mövcud hökumətin və koalisiya daxilindəki əsas müttəfiqlərinin sabit dəstəyi olmadan bu vəzifəni tutmaq şansı az olacaq.

Eyni zamanda, siyasətçinin tərəfdarları onun beynəlxalq əlaqələrinə diqqət çəkir və Avropa liderlərinin bu yaxınlarda keçirilən G7 sammitində ona hörmət göstərdiklərini vurğulayırlar. Həmçinin qeyd olunur ki, onun Ukrayna prezidenti Vladimir Zelenski ilə münasibətləri Britaniya siyasi dairələrində "çox yaxın" kimi təqdim olunur.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!