Starmer vəzifəsindən ayrılmaq niyyətində deyil
Böyük Britaniyanın Baş naziri Kir Starmer bir neçə parlament üzvünün istefa ilə bağlı çağırışlarına baxmayaraq, qarşıdakı illərdə hökumətə rəhbərlik etmək niyyətində olduğunu bildirib.
Çağrı.az xəbər verir ki, o, bu barədə "The Daily Mirror"a müsahibəsində bildirib.
"Mən həmişə milli dirçəlişin onilliyindən danışmışam. Bizə bütün istiqamətlərdə dəhşətli miras qaldı. Söhbət yalnız dağılmış iqtisadiyyatdan getmir. Dövlət xidmətləri məhv edildi. Vəziyyət əslində əvvəlcə düşündüyümüzdən daha pis idi. 10 illik dirçəliş layihəsi lazımdır", - o deyib. Starmer 2029-cu ildə keçiriləcək növbəti ümumi seçkilərdə leyboristlərə rəhbərlik edəcəyini bildirib.
Mümkün istefası ilə bağlı suala cavab verən Starmer Baş nazir vəzifəsindən ayrılmaq niyyətində olmadığını bildirib. "2024-cü ilin iyul ayında seçildiyim vəzifədən ayrılmaq niyyətim yoxdur", - o vurğulayıb.
Böyük Britaniyada mayın 7-də yerli özünü idarəetmə orqanlarına seçkilər keçirilib. Nəticədə, Leyboristlər Partiyası tarixində ilk dəfə olaraq Uels Parlamentinə nəzarəti itirib. Bundan sonra leyboristlərdən olan deputat Ketrin Uest kabinet üzvlərini Starmeri hakimiyyətdən uzaqlaşdırmağa çağırıb. Onun sözlərinə görə, Starmerin hökumətə və partiyaya davamlı rəhbərliyi leyboristləri növbəti ümumi seçkilərdə sarsıdıcı məğlubiyyətlə təhdid edir.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər