Sudan İranın Azərbaycan ərazisinə PUA hücumlarından narahatlığını bildirib
Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Muhi Əl-Din Salem Ahmed azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.
Çağrı.az xəbər verir ki, C.Bayramov martın 5-də mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların ölkənin suverenliyinə və ərazi bütövlüyünə zidd olduğunu vurğulayıb.
İrandan qeyd olunan hücuma aydınlıq gətirilməsi, izahat verilməsi, üzrxahlıq edilməsi, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsinin tələb edildiyini Sudan tərəfinin diqqətinə çatdırıb.
Sudan naziri bu hücumlardan narahatlıq ifadə edib, mülki infrastrukturun hədəf alınmasının qəbuledilməz olduğunu bildirib.
Nazirlər həmçinin iki ölkə arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?