Sumqayıtda Novruz bayramı münasibətilə qalanan tonqalda partlayış olub
Sumqayıtda Novruz bayramı münasibətilə qalanan tonqalda partlayış baş verib.
Sumqayıtda Novruz bayramı münasibətilə qalanan tonqalda partlayış baş verib.
Cağrı.az Fövqəladə Hallar Nazirliyindən (FHN) istinadın bildirir.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.
(TƏBİB) məlumatına əsasən, martın 21-də, saat 21:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalında güclü partlayış səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına üç təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən beş uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Eyni zamanda dörd nəfər Uşaq Xəstəxanasına, iki nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə tüstüdən zəhərlənmə səbəbi ilə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeddi nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda dörd nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir"





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: