Şuşa və Laçına dolu düşüb - FAKTİKİ HAVA
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
Çağrı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 16-sı saat 15:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir, Şahdağda isə arabir qar yağması müşahidə olunur. Belə ki, Zaqatala, Qax (Sarıbaş), Balakən, Xızı, Qrız, Xınalıq, Qəbələ, Qobustan, Qusar (Laza), Quba, Xaltan, Xaçmaz, Şahbuz, Gədəbəy, Gəncə, Göygöl, Tovuz, Ağstafa, Mingəçevir, Biləsuvar, Lənkəran, Astara, Lerik, Yardımlıda arabir şimşək çaxır, yağış yağır.
Saat 12:53-12:58 radələrində Şuşa şəhərində diametri 10-13, saat 14:12-14:16 radələrində Laçın rayonunun Minkənd, Qalaça kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 18 m/s-dək güclənir.





Oxşar
Bakıda və Abşeron yarımadasında yağış yağır
Sabahdan intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakıda və Abşeron yarımadasında yağış yağacaq
Bəzi bölgələrə dolu düşəcək - XƏBƏRDARLIQ
Sabah hava küləkli olacaq
Hava 27 dərəcə isti olacaq
Şuşa və Laçına dolu düşüb - FAKTİKİ HAVA