SYS Qrup PUA əleyhinə müdafiə sistemini beynəlxalq arenaya çıxardı
Samsun Yurt Savunma (SYS Qrup), müasir döyüş meydanlarının ən böyük təhdidlərindən biri olan dron hücumlarına qarşı hazırladığı İHA Əleyhinə Yeni Nəsil Mobil Müdafiə sistemini (C-UAS) beynəlxalq səviyyədə ilk dəfə Malayziyada keçirilən DSA 2026 sərgisində dünyaya təqdim etdi.
Çağrı.az xəbər verir ki, Asiya-Sakit okean regionunun ən nüfuzlu müdafiə tədbirlərindən biri olan DSA 2026 (Defence Services Asia), aprelin 23-nə qədər paytaxt Kuala-Lumpurda ziyarətçilərini qəbul edir.
Türk müdafiə sənayesinin qlobal təmsilçisi SYS Qrup, bu platformada həm regiondakı mövqeyini gücləndirməyi, həm də asimmetrik müharibə üsullarına qarşı inqilabi həllini nümayiş etdirməyi hədəfləyir.
Dəyişən dünya dinamikası və asimmetrik döyüş metodları, müdafiə strategiyalarında yüksək performansla yanaşı, dayanıqlı və iqtisadi cəhətdən səmərəli həlləri zəruri edir. SYS Qrupun yeni memarlığı, sürü dron hücumlarından taktiki İHA-lara qədər geniş diapazondakı təhdidləri, ənənəvi hava müdafiə raketləri ilə müqayisədə qat-qat aşağı əməliyyat xərcləri ilə zərərsizləşdirməyə imkan verir.
Sisteminin əsas komponentləri: Rəqəmsal inteqrasiya və atəş gücü
Sözügedən müdafiə memarlığı müxtəlif mənzil qatlarında yüksək məhv etmə qabiliyyəti təqdim edən bir neçə mühüm elementdən ibarətdir:
UNIROBOTICS: Sistemin onurğasını təşkil edir və yüksək dəqiqlikli TRAKON RCWS (Uzaqdan Komandalı Silah Sistemləri) vasitəsilə rəqəmsal inteqrasiyanı təmin edir.
CANiK Ağır Pulemyotları: Dəqiqədə 1200 atış sürətinə malik CANiK M3, 950 atışlı M2F və 650 atışlı M2 QCB modelləri ilə sarsıdıcı çəkindiricilik yaradır.
AEI Systems: 30x113 mm çaplı, aşağı geri təpməli və tənzimlənən atış sürətinə malik VENOM LR orta kalibrli topu ilə sistemin atəş gücünü zirvəyə daşıyır.
SYS Qrupunun rəhbərliyi qeyd edir ki, müasir müharibə mühiti artıq təkcə güclü sistemlər deyil, həm də miqyası artırıla bilən və davamlı həllər tələb edir. C-UAS memarlığı sürətli çatdırılma, təhlükəsiz tədarük zənciri və istənilən platformaya asan inteqrasiya imkanları ilə region ordularının modernizasiya layihələrində kritik həll ortağı olmağa iddialıdır.
Sərgi çərçivəsində SYS Qrup şirkətləri bu yeni texnologiyanı real döyüş ssenariləri üzərindən təqdim edərək Asiya-Sakit okean bazarındakı mövcud əməkdaşlıqlarını genişləndirməyi planlaşdırır.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər