Sərhəd bağlandıqdan sonra öz ölkəsinə qayıdan Azərbaycan və İrana məxsus yük avtomobillərinin buraxılmasına başlanıb
Azərbaycanla İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılması səbəbilə hər iki ölkəyə məxsus yük avtomobillərinin geri qayıtması üçün qərar qəbul edilib.
Çağrı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.
Məlumata görə, hazırda İrandan Azərbaycana qayıdan Azərbaycan Respublikasına məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İran İslam Respublikasına məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.
Xatırladaq ki martın 5-də İranın Naxçıvana dron hücumundan sonra Azərbaycanın Nazirlər Kabineti mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə qərar qəbul edib.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: