Tbilisi prospektində "cib" tipli zolaqlar salınacaq
Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır.
Bu barədə Çağrı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, dəyişikliklər nəticəsində sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş xüsusi "cib" tipli zolaqlar təşkil olunacaq.
Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər.
Tbilisi prospekti və Həsən Əliyev küçəsinin kəsişməsində nizamlanmayan hərəkət qaydası ləğv ediləcək, hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq, nəqliyyatın buraxıcılıq qabiliyyəti artırılacaq, piyadaların təhlükəsiz hərəkəti təmin olunacaq.
Layihə 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir və Bakı-Sumqayıt dəhlizi üzrə icra olunan işlərdən biridir.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: