Telefon
WhatsApp
Tokayev və Putin Regionlararası Əməkdaşlıq Forumuna hazırlığı müzakirə ediblər
300 X 250 Reklam Alanı

Qazaxıstan və Rusiya prezidentləri Kasım-Jomart Tokayev və Vladimir Putin telefon danışığı zamanı iyulun sonunda Omskda keçiriləcək Regionlararası Əməkdaşlıq Forumuna hazırlıq məsələlərini müzakirə ediblər.

Çağrı.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat verib.

"Söhbət zamanı iyulun sonunda Omskda keçiriləcək 22-ci Qazaxıstan-Rusiya Regionlararası Əməkdaşlıq Forumuna hazırlıq işlərinə xüsusi diqqət yetirilib", - deyə açıqlamada bildirilir.

Mətbuat xidməti əlavə edib ki, dövlət başçıları həmçinin cari beynəlxalq və regional məsələləri müzakirə ediblər. Söhbətin sonunda prezidentlər davamlı işgüzar əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!