"Tramp ABŞ və İran arasında 47 illik müharibəni başa vurdu"
"ABŞ prezidenti Donald Tramp İranla 47 illik sonsuz müharibəni başa çatdırmaq niyyətindədir”.
Çağrı.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts “Fox News”a bildirib.
“Cimmi Karterdən (1977-ci ildən 1981-ci ilə qədər hakimiyyətdə olan 39-cu ABŞ prezidenti) başlayan 47 illik sonsuz müharibə ilə qarşılaşdıq. Prezident Tramp buna son qoymaq üçün cəsarətli addımlar atır”, - o qeyd edib.
Valts əlavə edib ki, 1979-cu ildə Pəhləvi sülaləsi devrildikdən və İslam İnqilabı nəticəsində Ayətullah Xomeyninin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun Tehranla ittifaqı qarşıdurmaya çevrildi. Bu, 4 noyabr 1979-cu ildə Tehranda Amerika diplomatlarının əsir götürülməsi ilə nəticələndi. Onlar 1981-ci ilin yanvarında azad edildilər. Bu, diplomatik münasibətlərin kəsilməsinə və İrana qarşı ilk ABŞ sanksiyalarının tətbiqinə səbəb oldu.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: