Tramp: İran “Hörmüz” boğazını açmasa, ABŞ onun elektrik stansiyalarını məhv edəcək
Tramp İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verdi
ÇAGRİ.az xəxər verir ki, ABŞ prezidenti yenidən Truth Social-da paylaşım edərək bildirib ki, əgər İran Hörmüz boğazını 48 saat ərzində "təhdid etmədən" açmasa, ABŞ İranın elektrik stansiyalarını "məhv edəcək".
Paylaşımın tam mətni budur:
Əgər İran "Hörmüz" boğazını bu dəqiq vaxtdan etibarən 48 saat ərzində TƏHLÜKƏSİZ TAM AÇMASA, Amerika Birləşmiş Ştatları ən böyük elektrik stansiyasından başlayaraq müxtəlif elektrik stansiyalarına zərbə endirəcək və onları məhv edəcək!
ABŞ prezidenti İrana 48 saatlıq ultimatum verib – iddia
ABŞ prezidenti Donald Trump sosial şəbəkədə etdiyi paylaşımda İrana sərt xəbərdarlıq edib. O, Truth Social hesabında yazıb ki, İran Hörmüz boğazı ilə bağlı hər hansı təhdid xarakterli addımlardan çəkinməli və boğazı 48 saat ərzində təhlükəsiz şəkildə açmalıdır.
Paylaşımda bildirilir ki, əgər İran bu tələbi yerinə yetirməzsə, ABŞ İranın enerji infrastrukturunu, xüsusilə elektrik stansiyalarını hədəfə alacaq. Bəyanatda qeyd olunur ki, mümkün zərbələr ən böyük elektrik stansiyalarından başlayacaq.
Məsələ ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib. Analitiklər belə bəyanatların regionda gərginliyi artırmaq potensialına malik olduğunu bildirirlər.
Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımalarında mühüm strateji əhəmiyyətə malikdir və burada baş verən hər hansı hadisə dünya bazarlarına ciddi təsir göstərə bilər.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: