Tramp İrana qarşı hərbi əməliyyata başlamaqla özünü riskə atdı - KİV
"ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata icazə verməklə prezidentliyini böyük bir riskə atıb".
Çağrı.az xəbər verir ki, bunu “The New York Times” qəzetinin müxbiri Tayler Peycer deyib.
"Cümə günü İrana qarşı müharibəyə icazə vermək qərarı ilə cənab Tramp prezidentlik müddətinin ən böyük riskini etdi. Amerika qoşunlarının həyatını dünyanın ən qeyri-sabit bölgəsində daha böyük təhlükəyə atdı. ABŞ-ın bu cür hərəkətləri neft qiymətlərinin artmasına, eləcə də münaqişənin bütün Yaxın Şərq bölgəsinə yayılmasına səbəb ola bilər", - o bildirib.
Peycer hesab edir ki, Tramp, ABŞ-ı 2003-cü ildə İraqa hücumundan bəri ən genişmiqyaslı hərbi münaqişəyə sürükləyib. O, ABŞ liderinin vəzifəyə başladığı gündən bəri dünyanın müxtəlif yerlərində yeddi hərbi münaqişəyə icazə verərək seçicilərə verdiyi "müharibələrə son qoymaq, başlatmaq yox" vədini dəfələrlə pozduğunu vurğulayıb.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: