Telefon
WhatsApp
Tramp Netanyahunu İrana qarşı zərbədən çəkindirmək niyyətindədir
300 X 250 Reklam Alanı

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahuya zəng etmək niyyətindədir.

Çağrı.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri İsrailin 12-ci Kanalına açıqlamasında deyib.

Tramp İsrail ərazisinə raket hücumuna cavab olaraq Netanyahunu İrana hücum etməkdən çəkindirmək istədiyini bildirib:

"İndi Netanyahuya zəng edib deyəcəyəm ki, İrana cavab olaraq hücum etməsin".

Amerika liderinin sözlərinə görə, İranın zərbəsi nəticəsində İsraildə heç kim xəsarət almayıb: "Ümid edirəm ki, İsrail cavab verməyəcək. Əgər Bibi (İsrailin Baş naziri Benyamin Netanyahu - Qeyd) cavab verərsə, onda son 47 il və ya 3000 ildir baş verənlər davam edəcək".

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!