Tramp və Modi arasında görüş ola bilər
Hindistan mediasının hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Hindistanın Baş naziri Narendra Modi Fransada keçiriləcək Böyük Yeddiliyin (G7) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirə bilər.
Çağrı.az "The Hindu" qəzetinə istinadən xəbər verir ki, bu görüş Modi ilə Tramp arasında 2025-ci ilin fevral ayında Vaşinqtonda baş tutan sonuncu üzbəüz danışıqlardan bəri ilk təmas olacaq.
Mənbələr planlaşdırılan müzakirənin təfərrüatlarını açıqlamayıb, lakin tərəflərin ikitərəfli ticarət sazişi ilə bağlı məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə edəcəyi məlumdur.
Modi və Tramp arasında görüşə hazırlıqla bağlı hələlik rəsmi məlumat yoxdur. Hindistan Xarici İşlər Nazirliyi dünən adları açıqlamadan "zirvə toplantısı çərçivəsində Baş nazirin bir sıra dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcəyini" açıqlayıb.
2025-ci ilin fevral ayından bəri, Nyu-Dehli və Vaşinqton ikitərəfli ticarəti 2030-cu ilə qədər 500 milyard dollara çatdıracaq hərtərəfli ticarət sazişi üzrə danışıqlar aparırlar. Hindistan ABŞ-dan bütün sənaye ixracatına tətbiq edilən tariflərin aradan qaldırılmasını və ya azaldılmasını, eləcə də geniş çeşiddə qida və kənd təsərrüfatı məhsullarına tətbiq edilən yüksək ABŞ rüsumlarından azad edilməsini istəyir. Hindistan beş il ərzində ABŞ-dan enerji məhsulları, təyyarə və texnologiya alışını artırmaq niyyətində olduğunu bildirib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər