Tramp xarici dərmanlara 100% rüsum tətbiq edəcək
ABŞ Prezidenti Donald Tramp, istehsalçıları ABŞ-da istehsalın qurulmasına razı olmadıqları təqdirdə, müəyyən idxal dərmanlarına 100% tarif tətbiq etməyi planlaşdırır.
Çağrı.az xəbər verir ki, bu barədə Tramp bəyannamə verib.
"Patentləşdirilmiş dərman və əczaçılıq tərkibli xarici istehsalçılar reseptli dərmanların qiymətlərini aşağı salmaq üçün ABŞ hakimiyyəti ilə razılığa gəlməli və istehsallarını ABŞ-a köçürməyi öhdələrinə götürməlidirlər. Şirkətlər yeni tariflərdən yayınmaq üçün hər iki şərti yerinə yetirməlidirlər", - Tramp bildirib.
İstehsalın ABŞ-a köçürülməsinə razı olanlar üçün tarif 20% olacaq. Şərtlərdən heç birinə cavab verməyən istehsalçıların dərmanlarına 100% tarif tətbiq olunacaq. Böyük əczaçılıq şirkətlərinin Vaşinqtonun şərtlərini yerinə yetirmək üçün 120 günü, kiçik şirkətlərin isə 180 günü var.
ABŞ ilə ticarət müqavilələrinə uyğun olaraq, Avropa Birliyi, Yaponiya, Cənubi Koreya və İsveçrədə istehsal olunan dərmanlara tətbiq edilən tariflər 15% səviyyəsində məhdudlaşdırılacaq.
Tramp bir çox polad, alüminium və mis idxalına 50% tarif tətbiq etdi. Lakin, tərkibində metal az olan məhsullar üçün tarif 25%-ə endiriləcək, tərkibində metal miqdarı minimal olan (15%-dən az) məhsullar üçün isə tamamilə aradan qaldırılacaq.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər