Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalandı
Türkiyə ilə Böyük Britaniya arasında strateji tərəfdaşlığı möhkəmləndirməyi, yaxın dialoq vasitəsilə güclənən əməkdaşlığın əhatə dairəsini genişləndirməyi hədəfləyən “Strateji tərəfdaşlıq çərçivə sənədi” imzalanıb.
Çağrı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə naziri İvett Kuper ilə görüşüb.
Görüşdən sonra Türkiyə Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında "Strateji tərəfdaşlıq çərçivə sənədi” imzalanıb.
Qeyd edilib ki, bu sənəd, Türkiyə ilə Böyük Britaniya arasında müdafiə, ticarət və enerji kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə yönəlib və iki ölkə arasında strateji əlaqələrin dərinləşdirilməsi məqsədi daşıyır.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər