Türkiyə-İsrail rəqabəti və yeni Yaxın Şərqin formalaşması
Türkiyə-İsrail rəqabəti və yeni Yaxın Şərqin formalaşması
ARAB.AZ
Türkiyə tərəfindən İsrailin müstəqilliyinin ilk rəsmi tanınması 1949-cu ildə baş tutub və tərəflər
arasındakı münasibətlər tarixi strateji tərəfdaşlıqdan cari 2026-cı ilin əvvəlinə qədər açıq və
uzunmüddətli strateji rəqabətə çevrilib. Bu köklü dönüş nöqtəsi xüsusilə 7 oktyabr 2023-cü il
hücumundan və Qəzzə müharibəsindən sonra rəsmən gerçəkləşib, rəsmi Tel-Əviv isə Türkiyəni
regional təsir dairəsinə, xüsusən də Suriyada özünə qarşı böyüyən bir təhdid kimi görməyə başlayıb.
2025–2026-cı illərə qədər diplomatik ixtilaflar Suriyada, Şərqi Aralıq dənizində və Vaşinqtonun
dəhlizlərində rəsmi nüfuz uğrunda struktur rəqabətinə çevrilib və “Böyük İsrial” xəyalı ilə yaşayan
İsrail rəsmiləri tərəfindən Türkiyə “yeni İran” olaraq adlandırılıb. Buna baxmayaraq, xüsusilə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasındakı güclü şəxsi
rəsmi münasibətlər sayəsində ABŞ-ın təzyiqi ilə birbaşa hərbi eskalasiya hələ də məhdud səviyyədə
qalır.
Türkiyə-İsrail rəqabəti və yeni Yaxın Şərqin formalaşması
Bəşşar Əsəd rejiminin 2024-cü ilin dekabrında devrilməsi tərəflər arasında kəskin rəqabət qapısını
rəsmən açıb. Türkiyə rəsmi olaraq güclü, mərkəzləşdirilmiş və vahid dövlət qurmaq üçün Əhməd əlŞaraanın rəhbərlik etdiyi yeni Suriya hökumətini dəstəkləyir, ona silah, kəşfiyyat və texniki
yardımlar təmin edir. Ankara həmçinin Suriyada rəsmi hərbi bazalar yaratmağı planlaşdırsa da, bu
planlar İsrailin hərbi zərbələrindən sonra müvəqqəti olaraq dayandırılıb. Türkiyə həmçinin “yeni
Suriya” ilə rəsmi Xüsusi İqtisadi Zona sazişi imzalamağa çalışır.
Digər tərəfdən, İsrail Əsəd rejiminin süqutundan sonrakı ilk yeddi ayda Suriyaya 988 hava və
artilleriya zərbəsi endirib ki, bu da əvvəlki Əsəd dövrü ilə müqayisədə olaraq üç dəfə çoxdur. Bu
zərbələr zamanı Türkiyənin Suriyada rəsmən qurduğu hava bazaları hədəf alınıb, İsrail Suriyanın
cənubunda öz mövqelərini genişləndirib və muxtariyyət tələb etmə adı altında separate
fəaliyyət göstərərn Druz qruplaşmalarına dəstək göstərib. İsrail yeni Suriyanı özünün
hərəkət azadlığını məhdudlaşdıran potensial təhdid kimi görür, hər hansı Türkiyə və ya İran
nüfuzunun qarşısını almaq üçün Suriyanın zəif və parçalanmış vəziyyətdə qalmasına rəsmən
çalışır.Bu Türkiyədən fərqli olaraq İsrail üşün prioritetdir.
Türkiyəsiz NATO-nun heç bir gələcəyi yoxdur
Ukraynadakı gərginlik və qlobal güc mərkəzlərinin
yerdəyişməsi bu gün bir həqiqəti çılpaqlığı ilə ortaya qoyub:
Avropanın müdafiə xəritəsini Türkiyəsiz cızmaq qeyrimümkündür. Bu, sadəcə bir hərbi tərəfdaşlıq məsələsi deyil;
coğrafiyanın, tarixin və müasir texnologiyanın diktə etdiyi
geosiyasi zərurətdir. Türkiyə NATO-nun yalnız ikinci böyük
ordusu demək deyil. O, Avropanın cənub qapısında
dayanan, Aralıq dənizindən Qara dənizə qədər …
Şərqi Aralıq dənizi və Liviya
Türkiyə özünün “Mavi Vətən”doktrinasını rəsmən tətbiq edir və bu çərçivədə 2019-cu ildə Liviya ilə
rəsmi “Xüsusi İqtisadi Zona” sazişi imzalayıb, indi isə bunu Suriya ilə genişləndirmək niyyətindədir.
Ankara eyni zamanda İsrail, Yunanıstan və Kipr arasında artan hərbi əməkdaşlıq (məsələn,
2025-ci ilin dekabrında keçirilən birgə rəsmi hərbi təlimlər) səbəbindən “mühasirəyə alınmaq”
təhlükəsi ilə üz-üzədir. İsrail isə Aralıq dənizində qurulan enerji ittifaqlarının, xüsusən də “Şərqi
Aralıq dənizi Qaz Forumu“nun (EastMed Gas Forum) əsas rəsmi tərkib hissəsidir.
Məsələ sadəcə bununla birmir – Digər regionlarda vəziyyət necədir?
Somali: Türkiyənin 2017-ci ildən bəri Somalidə rəsmi hərbi bazası mövcuddur. İsrail isə buna
cavab olaraq dünyada ilk dəfə qondarma separatçı “Somalilənd“i rəsmən tanıyıb və ABŞ-ın rəsmi
məlumatlarına görə, hazırda orada hərbi baza inşa edir.
Qırmızı dəniz, Yəmən və Sudan: Bu bölgələrdə tərəflər arasında proksi qüvvələr vasitəsilə dolayı
rəsmi rəqabət gedir.
Bu coğrafi genişlənmə tərəflər arasındakı rəqabəti müvəqqəti deyil, tamamilə struktur xarakterli
rəsmi müstəviyə daşıyır.
Regional ittifaqların qurulması strategiyası
İsrailin ittifaqları:
İsrail Yunanıstan və Kipr ilə birgə təlimlər və hərbi əməkdaşlıq çərçivəsində öz rəsmi ittifaqlarını
gücləndirib, eyni zamanda BƏƏ və Hindistanla əlaqələrini dərinləşdirib. İsrailin İrana qarşı üstün
hərbi potensialı onu rəqabətdə qabaqcıl mövqeyə çıxarıb və onun İranla müharibədən sonra Körfəz
ölkələrinin bazarlarına öz hərbi məhsullarını çıxaracağı gözlənilir.
Səudiyyə Ərəbistanı isə hələ də İsrail ilə hər hansı bir rəsmi əlaqə qurmağı rədd edir və bunun üçün
müstəqil Fələstin dövlətinin qurulması ilə nəticələnəcək rəsmi sülh danışıqlarını şərt qoyur. Eyni
zamanda rəsmi Ər-Riyad müdafiə sahələri də daxil olmaqla, Ankara ilə əlaqələrini əvvəlkindən
daha geniş müstəvidə rəsmən inkişaf etdirir.
Türkiyənin müttəfiqlər:
Türkiyə Qətər ilə olan ittifaqını daha da rəsmən möhkəmləndirib, lakin Ankara Tehran ilə
birbaşa qarşıdurmaya girməkdən ehtiyat edib və öz müttəfiqlərini İran təhdidlərinə qarşı müdafiə
etməkdən uzaq durub. Eyni zamanda Ankara rəsmi Bakı ilə də olduqca güclü müttəfiq və sözün əsl
mənasında qardaşdır. Türkiyə Somalidəki hərbi bazası vasitəsilə Qırmızı dənizin cənubunda
yerləşsə də, Bab əl-Məndəb boğazındakı Yəmən husilərinin rəsmi böhranına müdaxilə etməyib.
Türkiyə yeni Suriya hökumətinə verdiyi hərtərəfli rəsmi dəstəklə bölgədə güclü iştirakını təmin edib.
Ankara müəyyən kontekstlərdə bəzi ərəb ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı və Misir ilə
əlaqələrini rəsmən yaxşılaşdıraraq özünü “cilovsuz” İsrailə qarşı regional sabitlik gücü kimi
təqdim etməyi bacarıb.
Hər iki tərəf, İsrail və Türkiyə, Vaşinqtondakı təsir rıçaqları uğrunda rəsmən mübarizə aparır. Lakin
Ankara hazırda Ərdoğanın Tramp ilə olan şəxsi rəsmi münasibətlərindən yararlandığı halda, ABŞİsrail münasibətləri Netanyahu və Tramp arasında İran və Livan böhranlarının idarə olunması ilə
bağlı yaranan fikir ayrılıqları səbəbindən rəsmi gərginlik dövrünü yaşayır.
Hərbi sənaye sahəsində rəqabət
Hər iki ölkə nəhəng hərbi ixracatçı dövlətdir, lakin onlar xüsusən PUA (dron) və pilotsuz sistemlər
bazarında bir-biri ilə rəsmən rəqabət aparırlar.
Türkiyə:
Türkiyə sıfır mülkiitkiilə hədəfi vuran raketini qeydiyyata aldı
Türkiyə bu sahədə nəhəng nailiyyətlər əldə edib. Ölkənin müdafiə və aviasiya ixracı 2025-ci ildə
rəsmən 10 milyard dolları keçib ki, bu da 2021-ci illə müqayisədə təxminən üç dəfə çoxdur və bu
artım cari 2026-cı ildə də davam edir. Sahənin lideri olan “Baykar” şirkətinin rəsmi istehsalı
“Bayraktar TB2” PUA-ları hazırda 30-dan çox ölkədə istifadə olunur, həmçinin Ukrayna,
Liviya, Suriya və Azərbaycandakı döyüşlərdə özünü rəsmən uğurla təsdiqləyib.
Bəzi rəsmi qiymətləndirmələrə görə, Türkiyə dünyadakı silahlı PUA-ların təxminən 65 faizini aşağı
qiymətlər və olduqca çevik (az siyasi şərtlərlə) rəsmi ixrac şərtləri ilə təmin edir. Səudiyyə Ərəbistanı
da hazırda Ankaranın rəsmi hərbi sənaye istehsalı üzrə ən mühüm tərəfdaşlarından birinə çevrilib.
İsrail:
İsrail rəsmi olaraq rekord həcmdə müdafiə ixracatına imza atıb (bəzi hesabatlara görə 2025-ci ildə
təxminən 19,2 milyard dollar). Ölkə xüsusilə “Heron” dronları, “Dəmir Qübbə” (Iron Dome) hava
hücumundan müdafiə sistemi, raketlər, kibertəhlükəsizlik və rəsmi hərbi kəşfiyyat texnologiyaları
kimi yüksək texnoloji sahələrdə üstünlüyə malikdir. İsrail həmçinin BƏƏ və Hindistan kimi
ölkələrlə birgə hərbi istehsal layihələri həyata keçirir.
Türkiyə aşağı qiymət və rəsmi döyüşlərdə təsdiqlənmiş effektivlik sayəsində Afrika, Asiya və
Yaxın Şərq bazarlarında böyük pay qazanır, İsrail isə yüksək texnologiya sektorlarında öz rəsmi
üstünlüyünü qoruyur. Tərəflər arasında dolayı silahlanma yarışı gedir və Türkiyə öz hərbi gücünü
NATO bloku ilə daha dərindən inteqrasiya etməyə çalışır.
Siyasi mövqelər və diplomatik eskalasiya
Türkiyənin addımları:
Türkiyə “HƏMAS” qruplaşmasına rəsmi siyasi dəstək verib, İsraili isə terrorçu və soyqırım törədən
dövlət adlandırıb.
Noyabr 2024: Diplomatik əlaqələr rəsmən tamamilə kəsilib.
Avqust 2025: İsrail təyyarələri üçün hava məkanı rəsmən qapadılıb və ticarət əlaqələri tam
dayandırılıb.
Noyabr 2025: Türkiyə soyqırım ittihamı ilə Benyamin Netanyahu və daha 36 İsrail rəsmisi
barəsində rəsmi həbs qətimkan tədbiri çıxarıb.
Fevral 2026: Türkiyədə İsrailə işləyən rəsmi casus şəbəkəsi tamamilə ifşa edilərək
zərərsizləşdirilib.
İsrailin reaksiyası:
İsrail də öz növbəsində Türkiyəni “ikili standartlarda” (“Kiprin işğalı” və Suriyaya müdaxilə) ittiham
edib, Netanyahu isə Türkiyəni rəsmi olaraq “erməni soyqırımı” iddiası ilə hədəf alıb. Naftali
Bennet kimi İsrail rəsmiləri 2026-cı ilin fevralında Türkiyəni İsraili mühasirəyə almağa çalışan
“yeni İran” adlandırıblar. İsrail mətbuatında Türkiyədən gələcək rəsmi hərbi təhlükə barədə analitik
yazıların sayı kəskin artıb.
Trampı razı salmaq cəhdləri və ABŞ-la münasibətlər
Türkiyə Ərdoğan və Tramp arasındakı yaxın rəsmi şəxsi münasibətlərdən (Tramp bunu “dostluq” və
“qarşılıqlı hörmət” adlandırıb) maksimum istifadə edib. Ərdoğan 2024-cü ildə Trampın rəsmi seçki
qələbəsini ilk təbrik edənlərdən biri olub və 2025-ci ilin sentyabrında Ağ Evi rəsmən ziyarət edib.
2025-ci ilin oktyabrında Tramp rəsmi olaraq Türkiyəni Misir, Qətər və ABŞ ilə birlikdə
Qəzzədə atəşkəsin dörd rəsmi zəmanətçi ölkəsindən biri kimi rəsmən elan edib, həmçinin
yenidənqurma prosesində və beynəlxalq sabitlik gücündə rəsmi rolunu təsdiqləyib. Türkiyə
həmçinin HƏMAS-ın atəşkəs sazişini qəbul etməsində rəsmi vasitəçi olub.
F-35 qırıcıları ətrafında rəsmi gərginlik:
2026-cı ilin iyulunda, Ankarada keçirilən NATO-nun rəsmi sammiti ərəfəsində Tramp İsrailin
kəskin rəsmi etirazına rəğmən, Türkiyəyə qarşı sanksiyaların ləğv edilməsinə və “F-35” qırıcılarının
satılmasına güclü rəsmi dəstək nümayiş etdirib. Netanyahu bu sazişin “hərbi balansı tamamilə
məhv edəcəyini” bildirib və Türkiyənin sadiq bir müttəfiq olmadığını iddia edib. Ərdoğan isə ABŞın öz rəsmi vədlərinə əməl edəcəyinə inandığını bəyan edib. Tramp həmçinin iddia edib ki, İranla
eskalasiya zamanı Türkiyənin İsrail və ABŞ-a qarşı müharibəyə girməsinin qarşısını
məhz özü alıb.
Türkiyə İrana qarşı eskalasiyada ehtiyatlı mövqe nümayiş etdirib və müharibəyə birbaşa daxil
olmayıb. Baxmayaraq ki, ABŞ qüvvələrinin İrana birbaşa zərbələr endirmək üçün Türkiyədəki hərbi
bazalardan istifadə etdiyinə dair iddialar yayılıb. Ankara bunu rəsmən təsdiqləməyib, həmçinin
İran müharibənin əvvəlində Türkiyə ərazisinə zərbələr endirsə də, sonradan bunu dayandırıb.
Ankara rəsmi olaraq Trampla olan yaxın münasibətlərindən həm Suriyada, həm də F-35 layihəsində
rəsmi imtiyazlar qazanmaq üçün səmərəli istifadə edir.
Türkiyə-İsrail rəqabəti artıq regional miqyasda struktur və uzunmüddətli xarakter alıb və o, Qəzzə
sərhədlərini aşaraq Suriyaya, Şərqi Aralıq dənizinə və qlobal nüfuz dəhlizlərinə yayılıb. Ən böyük
risk Suriyada baş verə biləcək rəsmi səhv hesablamalardır; belə ki, İsrailin hərbi təzyiqi yeni Suriya
hökumətini zəiflədərək ölkədə rəsmi xaos yarada və Türkiyənin birbaşa hərbi müdaxiləsinə yol aça
bilər.
Bununla belə, ABŞ-ın rəsmi vasitəçiliyi sayəsində yaxın gələcəkdə tərəflər arasında birbaşa hərbi
toqquşma ehtimalı olduqca aşağıdır. Tramp Ərdoğanın ona olan şəxsi hörmətinə əsaslanaraq “mən
prezident olduğum müddətdə bu baş verməyəcək” deyə bəyan edib. Bu rəqabət Suriyadakı
qoşunların ayrılması mexanizmləri kimi rəsmi rıçaqlarla idarə olunacaq, lakin İranın
zəiflədilməsindən sonra yeni Yaxın Şərqin rəsmi simasını formalaşdırmağa davam edəcək. Türkiyə
hazırda özünün çevik hərbi sənayesindən və Trampla münasibətlərindən rəsmən yararlanır, İsrail
isə özünün texnoloji üstünlüyünə və Qərb-Körfəz ittifaqlarına güvənir. Münasibətlərin gələcək taleyi
Qəzzə və Suriyadakı gəlişmələrdən, eləcə də Vaşinqtonun bu iki rəsmi müttəfiqi arasında balans
qorumaq qabiliyyətindən birbaşa asılı olacaqdır.
arap.az





Oxşar
Azərbaycan Prezidenti İlham Əliyevin Berlindəki görüşləri.
Türk Dünyasına Kalemiyle Can Verenlerin Canıyla Ödediği Bedel
Türkiyə-İsrail rəqabəti və yeni Yaxın Şərqin formalaşması
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi
ABŞ-İran Gərginliyi: Hörmüz Boğazı Yenə Bağlana Bilər
Türk Dünyasında İmtahan Mərkəzləri Bir Araya Gəldi
Özbəkistanın gömrük xidmətində rəqəmsal transformasiyanın praktiki nəticələri
Türk kimliyinə qarşı "DNT hücumu"? – "Məsələ təkcə gen deyil..."