Türkiyə NATO-nun Ankara sammitinin əsas mövzularını açıqlayıb
NATO-nun rəqəmsal transformasiyası, müdafiədə süni intellektin istifadəsi və ümumilikdə kibertəhlükəsizlik imkanlarının artırılması Alyansın 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammitində əsas mövzular arasında olacaq.
Çağrı.az xəbər verir ki, bh barədə "Türkiye" qəzeti məlumat verib.
Qəzet bildirib ki, bu kontekstdə Çinin texnoloji inkişafına xüsusi diqqət yetiriləcək.
Nəşrin qeyd etdiyi kimi, Çin NATO-nun strateji sənədlərində texnoloji və strateji rəqib kimi müəyyən edilir, baxmayaraq ki, birbaşa hərbi rəqib hesab edilmir. Bununla belə, onun texnoloji inkişafı əksər ittifaq ölkələri tərəfindən diqqətlə izlənilir. Türkiye yazır ki, bu kontekstdə NATO vacib rabitə sistemlərini qorumaq, məlumat təhlükəsizliyini gücləndirmək və idxal olunan strateji texnologiyalardan asılılığı azaltmaq üçün birgə layihələr hazırlayır.





Oxşar
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
İnvestorları narahat edən əsas risklər