Türkiyə PA: İsrail sabitliyi pozur
"İsrailin Qəzzada törətdiyi soyqırımdan sonra bölgədə sabitliyi pozan addımlar atmağa davam etməsi ciddi narahatlıq doğurur. Məscidül-Əqsada ibadətin məhdudlaşdırılmasına yönəlmiş cəhdlər qəbuledilməzdir; bu, təkcə müsəlmanlara deyil, bütövlükdə insanlığa qarşı hörmətsizlikdir və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır".
Çağrı.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının (PA) Kommunikasiya direktoru Burhanəddin Duran bildirib.
"İsrailin Livana qarşı başladığı quru əməliyyatı isə bölgədə gərginliyi daha da artırır və Livanın suverenliyini, eləcə də ərazi bütövlüyünü hədəf alır", - Duran qeyd edib.
Siyasətçi əlavə edib ki, İsrail hökumətinin bu addımları mövcud münaqişələrin şiddətini artırmaqla yanaşı, onsuz da həssas olan regional balansı daha da sarsıtmaq və yeni humanitar fəlakətlərin yaranmasına zəmin hazırlamaq riski daşıyır:
"Bölgədə sülh və sabitliyin təmin olunması üçün beynəlxalq hüquq və prinsiplərə məhəl qoymayan İsrailə qarşı beynəlxalq ictimaiyyətin qətiyyətli mövqe sərgiləməsi və dərhal məsuliyyəti üzərinə götürməsi zəruridir.
Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə olaraq, müqəddəs məkanlara, Livanın suverenliyinə, ərazi bütövlüyünə və regional sabitliyə yönəlmiş hər cür hücumun qarşısında durmağa davam edəcəyik".





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: