Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb və ona ABŞ və İran arasında müvəqqəti atəşkəsin təmin edilməsindəki töhfəsinə görə təşəkkür edib.
Çağrı.az xəbər verir ki, bu barədə danışıqlardan sonra Türkiyə Prezident Adminitrasiyasının Kommunikasiya Şöbəsi məlumat verib.
"Söhbət zamanı İranda atəşkəs prosesi və son hadisələr müzakirə edildi. Prezidentimiz atəşkəsin təmin edilməsindəki roluna görə Pakistanın Baş naziri Şərifə təşəkkür etdi. Prezident Ərdoğan iki həftəlik sülh prosesinin düzgün qiymətləndirilməsinin vacibliyini qeyd etdi və Türkiyənin davamlı sülhə və sabitliyə töhfə verməyə davam edəcəyini vurğuladı", - deyə bəyanatda bildirilir.
Kommunikasiya şöbəsinin məlumatına görə, Şərif öz növbəsində müvəqqəti atəşkəsin əldə edilməsindəki töhfəsinə görə Ərdoğana təşəkkür edib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər