Telefon
WhatsApp
Türkiyə süni intellektə 10 milyard dollar yatıracaq
300 X 250 Reklam Alanı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində süni intellekt (Sİ) layihələrinə ən azı 10 milyard dollar özəl vəsait ayrılacağını açıqlayıb.

Çağrı.az xəbər verir ki, bu barədə Ərdoğan İstanbulda süni intellekt fəaliyyət planının elan edilməsi mərasimində bildirib.

"Türkiyə müdafiə sənayesində toplanmış təcrübə və imkanlarını digər sahələrə, xüsusən də süni intellekt sahəsinə ötürmək üçün intensiv səylər göstərir. Məlumat mərkəzi infrastrukturunun, bulud texnologiyalarının və süni intellektin inkişafı üçün ən azı 10 milyard dollar özəl investisiya səfərbər edəcəyik. Dövlət investisiya proqramlarımızın ən azı 2%-ni süni intellekt layihələrinə ayıracağıq. 2030-cu ilə qədər ölkəmizdə quraşdırılmış məlumat mərkəzinin tutumunu ən azı 1 QVt-a çatdıracağıq", - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə 10.000 süni intellekt mütəxəssisi və təxminən 100.000 süni intellekt tətbiqi mütəxəssisi yetişdirməyi planlaşdırır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!