Türkiyənin “Çelik Kubbe” layihəsində yeni mərhələ
ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyənin müdafiə sənayesindəki cari layihələr və “Çelik Kubbe” sistemi ilə bağlı mühüm açıqlamalar verib.
Çağrı.az xəbər verir ki, o ROKETSAN-ın tankəleyhinə raketlərdən tutmuş ballistik və qanadlı raketlərə qədər bir çox sahədə kütləvi istehsalı sürətlə davam etdirdiyini bildirib.
Murat ballistik raketlərin istehsal prosesinə toxunaraq qeyd edib ki, həm "TAYFUN" ballistik raketləri, həm də "SOM" qanadlı raketlərinin istehsalı və tədarükü 24 saatlıq iş rejimi ilə həyata keçirilir.
Mövcud geosiyasi vəziyyətin istehsal gücünü artırmağı zəruri etdiyini deyən direktor, müdafiə potensialını ən yüksək səviyyəyə çatdırmaq üçün çalışdıqlarını vurğulayıb.
ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE-nin birgə əməyi olan “Çelik Kubbe”layihəsindən danışan direktor bu sistemin əhəmiyyətini belə ifadə edib:
“Çelik Kubbe” layihəsinin bütün komponentlərini özümüz hazırladığımız üçün ehtiyac duyulan hər an istənilən sayda raket, radar və batareya sistemləri istehsal edə biləcək potensiala sahibik. Bu, sadəcə bitmiş bir məhsul deyil, daim yeni texnologiyaların inteqrasiya olunacağı və yeni təhdidlərə qarşı təkmilləşdiriləcək bir infrastrukturdur”.
Murat həmçinin əlavə edib ki, 2026-cı il və sonrasında hava-hava raketləri və yeni ballistik raketlər də daxil olmaqla bir çox yeni məhsul mərhələli şəkildə istifadəyə veriləcək.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər