Türkiyənin müharibəyə qoşulacağı ilə bağlı iddialar dezinformasiyadır
Sosial mediada Türkiyənin İranın tərəfində müharibəyə qoşulacağı və ya Livana daxil olacağı ilə bağlı yayılan məlumatların dezinformasiya olduğu bildirilib.
Çağrı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsinin məlumatında deyilir.
Qeyd olunub ki, Ankara münaqişənin əvvəlindən etibarən müharibənin tərəfi olmadığını açıq şəkildə bəyan edib.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə hücumların tezliklə dayandırılması, müharibənin genişlənməsinin qarşısının alınması və davamlı sülhün təmin olunması üçün intensiv diplomatik səylər göstərir.
Açıqlamada vurğulanıb ki, Türkiyənin bu mövqeyi, başda münaqişə tərəfləri olmaqla, beynəlxalq aktorlar tərəfindən də müsbət qiymətləndirilir.
Qeyd olunub ki, bu cür dezinformasiya xarakterli paylaşımlar psixoloji müharibənin bir hissəsi olmaqla, Türkiyənin imicinə zərər vurmaq və böhran zamanı oynadığı konstruktiv rolu kölgə altına almağa yönəlib.
İctimaiyyətə yalnız rəsmi mənbələrin açıqlamalarına etibar etmələri tövsiyə olunub.





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?