Tusk və Paşinyan İrəvanla Bakı arasında sülh prosesini müzakirə ediblər
Polşanın Baş naziri Donald Tusk Varşavada ermənistanlı həmarı Nikol Paşiyanla keçirilən görüş zamanı İrəvanla Bakı arasında sülhün bərqərar olması prosesini müzakirə edib.
Çağrı.az xəbər verir ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması prosesinə, TRIPP təşəbbüsünün icrasının gedişatına, eləcə də Ermənistan-Aİ qarşılıqlı fəaliyyətinin gələcək inkişafına toxunulub.
Donald Tusk Ermənistanla iqtisadiyyat, infrastruktur, təhlükəsizlik, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, həmçinin beynəlxalq platformalar, xüsusilə Avropa İttifaqı (Aİ) çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsində maraqlı olduğunu təsdiqləyib.
Nikol Paşinyan çoxprofilli əməkdaşlığın gələcək inkişafının əhəmiyyətini qeyd edib və ticari-iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Tərəflər həmçinin birgə proqramların icrası ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: