Telefon
WhatsApp
Uğur qapısı…
300 X 250 Reklam Alanı

Universiteti bitirmək çətin deyil.

Əsl çətinlik diplom almaq yox, əmək bazarının ehtiyac duyduğu mütəxəssisə çevrilməkdir.

Bu gün yüzlərlə gənc ali təhsilini başa vurmasına baxmayaraq iş tapmaqda çətinlik çəkir. Səbəb isə sadədir: işəgötürənlərin axtardığı bacarıqlarla məzunların malik olduğu biliklər arasında ciddi fərq var.

QAFQAZ TV olaraq məqsədimiz sadəcə təcrübə proqramı təşkil etmək deyil. Məqsədimiz gələcəyinə yatırım etmək, özünü inkişaf etdirmək və peşəkar həyata daha hazırlıqlı addım atmaq istəyən gənclər üçün real inkişaf mühiti yaratmaqdır.

3 ay ərzində reklam, marketinq, satış, sosial media idarəçiliyi, süni intellekt, prompt mühəndisliyi, media planlaşdırılması, işgüzar danışıqlar, diksiya, bədən dili, yaradıcı düşüncə, çəkiliş, montaj, işıqlandırma və televiziya istehsalı sahələrində praktik biliklər əldə edəcəksiniz.

İlk ay təlim mərhələsidir, daha sonra real müştərilərlə görüşəcək, layihələrdə iştirak edəcək və bağlanan reklam müqavilələrindənbonus qazanmaq imkanına malik olacaqsınız.

 

Telefon yenə səssiz qaldı.

Murad ekranı söndürüb pəncərəyə yaxınlaşıb çölə boylandı. İyun ayı idi, yay günəşinin işığı şəhərin üzərinə yorğun bir sarılıq sərirdi. Universiteti bitirməsinin üstündən altı ay keçmişdi.

Divardan asılmış diplom ona baxırdı sanki.

Masanın üstündəki köhnə noutbuk, yarımçıq qalmış qeydlər, göndərilmiş yüzlərlə CV…

Hamısı eyni sualı verirdi:

“İndi nə olacaq?”

Məzuniyyət günündə çəkdirdikləri şəkil hələ də sosial şəbəkə hesabında idi. Şəkildə hamı gülümsəyirdi, o gülüşlərdə gələcəyə inam vardı.Amma həyat şəkillərdəki qədər sadə deyildi. Qrup yoldaşlarından biri böyük şirkətdə işləyirdi, digəri bankda vəzifə almışdı, o biri xaricə getmişdi.

Murad isə hər səhər elektron poçtunu açır, yeni vakansiyalar axtarır və gözləyirdi. Ən çox eşitdiyi cümlə isə eyni idi: “Təcrübəniz yoxdur.”

Bir gün əsəbiləşib telefonu divana atdı.

— Təcrübəni haradan qazanım axı? Hamı təcrübə istəyir…

Elə həmin anda telefon zəng çaldı. Ekranda dostu Elvinin adı görünürdü.

— Alo?

— Nə var, səsindən hiss olunur, yenə kefin yoxdur.

— Nə kef? Yenə müsahibədə idim.

— Nə dedilər?

Murad acı-acı güldü.

— Hamının dediyini. Təcrübən yoxdur.

Telefonun o başında bir neçə saniyə səssizlik oldu.

Sonra Elvin soruşdu:

— Sən reklam satmağı bacarırsan?

— Yox.

— Sosial media idarə etmisən?

— Yox.

— Müştəri ilə danışıq aparmısan?

— Yox.

— Süni intellektdən istifadə edirsən?

— Bir az.

— Kamera qarşısında çıxış edə bilirsən?

— Yox.

— Montaj?

— Yox.

— Satış?

— Yox.

Elvin güldü.

— Onda sən iş axtarmırsan, sən hələ özünü hazırlayırsan.

Murad susdu. Bu söz xoşuna gəlməmişdi, amma haqsız da deyildi.

— Yaxşı, onda nə edim?

— Sabah saat on birdə vaxtın var?

— Hə.

— Qubada QAFQAZ TV-ni tanıyırsan?

— Televiziya kanalını?

— Hə. Ora gəl.

— Nəyə görə?

— Təcrübə proqramı başlayır.

Murad maraqlandı.

— Yenə kurs-filan deyil ki?

— Yox. Mən də əvvəl elə düşünürdüm.

— Bəs nədir?

— Birinci ay təlim keçirirlər.Reklam, marketinq, satış, sosial media idarəçiliyi, süni intellekt, prompt mühəndisliyi, media planlaşdırılması, işgüzar danışıqlar, diksiya, bədən dili, çəkiliş, montaj, işıqlandırma, televiziya istehsalı.

Murad təəccübləndi.

— Bunların hamısını?

— Hə. Amma əsas məsələ bu deyil.

— Bəs nədir?

— Sonrakı hissə.

— Nə hissə?

— Real iş, real müştərilər, real layihələr, real görüşlər.

Murad pəncərədən küçəyə baxdı. Uzun müddətdir ilk dəfə maraq hiss etmişdi.

— Yəni sadəcə dərs keçmirlər?

— Yox.

— Maaş da verirlər?

— Layihələrdə iştirak edirsən. Bağlanan reklam müqavilələrindən bonus qazanmaq imkanın olur.

— Sertifikat verirlər?

— Hə.

— Neçə aylıqdır?

— Üç ay.

— Haradadır?

— Quba şəhəri. QAFQAZ TV binası.

Murad bir müddət susdu, sonra sakit səslə soruşdu:

— Səncə mənim kimi biri gedə bilər?

Elvin güldü.

— Elə sənin kimilər üçündür.

— Mənim heç təcrübəm yoxdur.

— Murad, sən hələ başa düşmürsən, təcrübəsi olan adamlar belə yerlərə ona görə gəlmir.Təcrübəsi olmayan adamlar təcrübə qazanmaq üçün gəlir.

Pəncərədən günəş işığı otağa dolurdu. Murad telefonun ekranında öz əksini gördü. Son aylarda ilk dəfə idi ki, özünü çıxılmaz vəziyyətdə hiss etmirdi.

— Sabah saat neçə dedin?

— On bir.

— Ünvanı göndər.

— Göndərirəm.

Bir neçə saniyə sonra telefonuna mesaj gəldi. Mesajın sonunda bir sətir də vardı:

“Bəzən insanın həyatı iş tapdığı gün dəyişmir, özünü inkişaf etdirməyə qərar verdiyi gün dəyişir.”

Murad mesajı bir neçə dəfə oxudu.Sonra ilk dəfə CV göndərmək üçün deyil, sabah haraya gedəcəyini bilmək üçün telefonunu əlində saxladı. Otaqda hər şey əvvəlki kimi idi.Masa, kompüter, diplom, divardakı şəkil.Amma nədənsə artıq gələcək bir az fərqli görünürdü.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!