Ukrayna ABŞ-ı qaz infrastrukturunun bərpasında iştirak etməyə dəvət edib
Ukraynanın Baş naziri Yuliya Svırıdenko ABŞ-ın Energetika naziri Kris Rayt ilə görüşündə Amerika şirkətlərini Ukraynanın zədələnmiş qaz infrastrukturunun bərpasında əməkdaşlığa dəvət edib.
Çağrı.az xəbər verir ki, bu barədə Svırıdenko Xorvatiyanın Dubrovnik şəhərində keçirilən "Üç Dəniz Təşəbbüsü" sammitində Raytla görüşündən sonra bildirib.
"Ukrayna və ABŞ-ın enerji sektorunda, xüsusən də dövlətə məxsus Naftogaz Qrupu ilə birgə layihələr vasitəsilə əməkdaşlığı inkişaf etdirməsi bizim üçün vacibdir. Biz Amerika şirkətlərini qaz infrastrukturunun bərpası üzrə əməkdaşlığa dəvət edirik", - nazir qeyd edib.
O, həmçinin Vaşinqtonu köhnəlmiş Ukrayna qaz avadanlıqlarını modernləşdirmək və dəyişdirmək üçün uzunmüddətli əməkdaşlıq qurmağa çağırıb.
Svırıdenkonun sözlərinə görə, bu cür layihələrdən bəziləri artıq yeraltı sərvətlər müqaviləsi çərçivəsində yaradılmış ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondu (URIF) tərəfindən nəzərdən keçirilir.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər