Ukrayna Belarusla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir
Ukrayna təhlükəsizlik qüvvələri ölkənin şimalında, Belarusla sərhəd yaxınlığında müdafiə qüvvələri ilə birlikdə gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirdiyini açıqlayıb.
Çağrı.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.
Xidməti özünün teleqram kanalında bildirib: "Ukraynanın şimal bölgələrində təhlükəsizlik tədbirləri gücləndirilir". Bu kompleks tədbirlərə əks-kəşfiyyat və əks-təxribat əməliyyatları daxildir. Əməliyyatlar Çerniqov, Kiyev, Jitomir, Volın və Rovno bölgələrində həyata keçirilir.
Ukrayna Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzi işi əlaqələndirir və Milli Polis, Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya və Ukrayna Dövlət Sərhəd Xidməti də tədbirlərdə iştirak edir. Gücləndirilmiş tədbirlərin bir hissəsi olaraq, xidmətlər şimal bölgələrində sakinləri yoxlaya, eləcə də nəqliyyat vasitələrini və əraziləri yoxlaya bilər. Bu bölgələrdə küçələrə giriş və səyahət də məhdudlaşdırıla bilər.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər