Telefon
WhatsApp
Vens: ABŞ İran limanlarına blokadanı faktiki ləğv edib
300 X 250 Reklam Alanı

"ABŞ İranın dəniz limanlarına qarşı tətbiq etdiyi blokadanı faktiki olaraq ləğv edib və Tehran ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə başlayıb".

Çağrı.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Jeyms Devid Vens Ağ Evdə keçirilən mətbuat konfransında Vaşinqton və Tehran arasında münaqişəyə son qoymaq məqsədi daşıyan anlaşma memorandumunun imzalanması ilə bağlı şərh verərkən bildirib.

"İkinci gecədir ki, iranlılar heç bir gəmiyə atəş açmayıblar. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ondan çox gəminin dəniz blokadasından keçməsinə icazə verib. Beləliklə, biz də razılaşmanın öz payımızı yerinə yetiririk", - deyə o, qeyd edib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!