Vilayəti: “Hörmüz” boğazının açarı bizim əlimizdədir
İranın keçmiş liderinin müşaviri Əli Əkbər Vilayəti İslamabad görüşünün nəticəsiz qalmasına münasibət bildirib.
Çağrı.az xəbər verir ki, o, “X” hesabında etdiyi paylaşımda qeyd edib ki, İslamabad görüşünün uğursuzluğuna baxmayaraq, “İranı qorumaq” İslam Respublikasının xarici siyasətində dəyişməz prinsip olaraq qalır.
Vilayəti bildirib: “Ərzneh əl-Rumdan İslamabad danışıqlarına qədər İran diplomatiyasının tarixində tək bir prinsip var: əziz İranı qorumaq”.
O, həmçinin "Hörmüz" boğazı vasitəsilə regional və beynəlxalq ölkələrə təzyiq məsələsinə toxunaraq, bu su yolunu “Əbul Həyat” adlandırıb və əlavə edib: “Hörmüz" boğazı tarix boyu torpaqlarımızın mərkəzində əcnəbilər üçün yolu bağlamağın simvolu olduğu kimi, bu gün də "Hörmüz" boğazının açarı bizim güclü əllərimizdədir”.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər