Vuçiç İran və ABŞ arasında danışıqları alqışlaylıb
Serbiya Prezidenti Aleksandr Vuçiç İran lideri Məsud Pezeşkyanla telefon danışığında İslam Respublikası ilə ABŞ arasında sülh danışıqlarının davam etdirilməsini alqışlayıb.
Çağrı.az xəbər verir ki, bu barədə Vuçiçin İnstaqram səhifəsindəki paylaşımda deyilir.
"Prezident Pezeşkianla səmərəli və açıq söhbətim oldu. Söhbət zamanı Serbiyanın hərbi əməliyyatların dayandırılmasını və gərginliyin azalmasına, dialoqa və davamlı sülhə, eləcə də danışıqların və əməkdaşlığın davam etdirilməsinə gətirib çıxaran cəsarətli siyasi qərarları alqışladığını vurğuladım. Həmçinin, təsirlənmiş ərazilərin bərpasının və iqtisadi inkişafın siyasi və sosial prioritetlərin mərkəzinə qaytarılmasının vacibliyini vurğuladım, çünki sabitlik, iqtisadi tərəqqi və dövlətlərin qarşılıqlı əlaqəsi həm Yaxın Şərqdə, həm də bütün beynəlxalq ictimaiyyət üçün sülhün ən güclü təməlləridir", - paylaşımda qeyd edilib.





Oxşar
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
İnvestorları narahat edən əsas risklər