WUF13-də icmaların şəhərsalma proseslərinə cəlb edilməsi məsələsi gündəmə gətirilib
İcmalar yardımın formal alıcıları olmaqla yanaşı, həm də bütün inkişaf proseslərinin mərkəzində olmalıdır.
Çağrı.az-ın məlumatına görə, bunu Yerli İcmalar və Vətəndaş Cəmiyyəti Assambleyasının nümayəndəsi Nalini Çavla Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Assambleyaların birgə yekun dialoqunda bəyan edib.
"Qaldırdığımız məsələlər arasında köçürülmə problemi də yer alıb. Biz bəyan etdik ki, bütün növ köçürülmələrə son qoymaq lazımdır", - o deyib.
Çavlanın sözlərinə görə, qanunların icmaları qoruduğu, icmaların özlərinin isə torpağa çıxışının və mənzil mülkiyyəti hüququnun təmin olunduğu şərait yaradılmalıdır.
"Əgər insanlar evlərini tərk etmək məcburiyyətində qalırlarsa, onlara insan ləyaqətinə hörmətlə yaşamağa imkan verən layiqli alternativ təqdim edilməlidir", - Assambleyanın nümayəndəsi vurğulayıb.
O qeyd edib ki, inkişafı icmaların əvəzinə deyil, icmalarla birlikdə planlaşdırmaq çox vacibdir.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər