Xameneinin öldürülməsinin DETALLARI
İranın dini lideri Əli Xameneinin qaldığı iqamətgaha ABŞ və İsrail qüvvələri 30 bomba atıb.
Çağrı.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, zərbələr ölkənin bütün ali rəhbərliyi iqamətgahda olarkən endirilib və iqamətgah tamamilə dağıdılıb.
“İsrail və ABŞ kəşfiyyat rəsmiləri İranın yüksək rütbəli siyasi və hərbi liderlərinin birgə görüşünü uzun müddət gözləyirdilər. Kəşfiyyat şənbə günü İran rəhbərliyinin və Xameneinin yerini müəyyən edib. Bu fürsət unikal hesab edilib və buna görə də hücum gündüz vaxtı həyata keçirilib. Əməliyyat İran vaxtı ilə səhər saat 10-dan bir qədər əvvəl raket və qırıcı təyyarələrin böyük bir dalğası ilə başlayıb və axşam saatlarına qədər təxminən 200 İsrail qırıcı təyyarəsi təxminən 500 hədəfə hücum edib", - nəşr bildirib.
Qeyd edək ki, İranın dini lideri Əli Xamenei dünən ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb./Axar.az





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: