Yağış və qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunub, Şahdağa isə qar yağıb.
Çağrı.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidmətinin martın 21-i saat 11:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 9, Balakən və Oğuzda 5, Tərtərdə 4, Şahbuz, Şəki, Qəbələ, Zaqatala, Xaltan (Quba), Beyləqan və Ağdamda 3, Astara, Şərur, Sədərək, Naftalan, İsmayıllı, Şamaxı, Xızı, Bərdə, Zərdab, İmişli, Sabirabad və Biləsuvarda 2, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Qobustan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Cəlilabad, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Martın 20-də bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Qusarda (Şahdağ) 20, Şabranda 18, Kəlbəcərdə 17 m/s-dək güclənib.
Sumqayıt, Daşkəsən, Göygöl, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Şamaxı, Qusar, Qobustan, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.





Oxşar
Bakıda və Abşeron yarımadasında yağış yağır
Sabahdan intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakıda və Abşeron yarımadasında yağış yağacaq
Bəzi bölgələrə dolu düşəcək - XƏBƏRDARLIQ
Sabah hava küləkli olacaq
Hava 27 dərəcə isti olacaq
Şuşa və Laçına dolu düşüb - FAKTİKİ HAVA