Zakir Həsənov italiyalı həmkarı ilə görüşdü
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Qvido Krozetto ilə görüşüb və Yaxın Şərq, həmçinin Cənubi Qafqazda sabitliyin qorunmasını müzakirə edib.
Çağrı.az xəbər verir ki, bu barədə məlumat İtaliyanın Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Azərbaycanın Avrasiya regionunda rolu fundamental xarakter daşıyır və ölkə İtaliya üçün əsas müttəfiq, eləcə də enerji sektorunda strateji tərəfdaşdır", - məlumatda qeyd olunub.
Qvido Krozetto İran dronlarının Naxçıvana hücumunu qınadığını xatırladıb:
"Eyni zamanda Bakının gərginliklərin idarə olunmasında nümayiş etdirdiyi təmkin və məsuliyyət hissini təqdir etdiyimi vurğuladım".
Qeyd edək ki, nazirlər söbət zamanı ikitərəfli əməkdaşlıq, xüsusən də Silahlı Qüvvələr arasında tədris və təlim fəaliyyətlərini müzakirə ediblər. Müdafiə sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bundan əlavə, əməkdaşlıq sahələrini genişləndirmək üçün gələcək danışıqları təşviq etməyə ortaq hazırlıq təsdiqlənib. "Həmçinin, davam edən münaqişələrin regional təhlükəsizliyə təsirləri fonunda Yaxın Şərq və Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasının vacibliyi barədə ümumi fikir bölüşülüb", - Krozetto qeyd edib.





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?