Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür, dağ çaylarına ağır texnika cəlb olunub
Zaqatala rayonunda Muxaxçay, Talaçay və digər dağ çaylarında sel təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilir.
Çağrı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, son günlər ölkənin Şimal-qərb zonasına yağan güclü leysan yağışları rayon ərazisindən axan Talaçay, Muxaxçay və digər dağ çaylarında sululuğu artırıb. Bu isə ətraf ərazilər üçün sel təhlükəsi yaradıb. Hazırda daşqın ehtimalı olan Yolayrıc və Üçüncü Tala kəndləri ərazilərinə ağır texnikalar cəlb olunub.
Bundan başqa, çayların keçdiyi Göyəm, Dardoqqaz, Aşağı Çardaqlar, Yuxarı Çardaqlar, Paşan, Əliabad, Yeni Suvagil, Çobankol, Qımır və Mamrıx kəndlərinin mühafizəsi üçün məcra nizamlama və sahil bərkitmə işləri davam etdirilir.





Oxşar
Bazar gününün havası
Sabah 16 dərəcə isti olacaq
Sabah yağıntı intensivləşəcək
Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür, dağ çaylarına ağır texnika cəlb olunub
İntensiv yağıntılar davam edir - FAKTİKİ HAVA
Yağışlı hava sabah da davam edəcək
Sabah yağış yağacaq
Sabah yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ