Zaxarova: Rusiya Ermənistanın AİB öhdəliklərinə sadiq qalacağını gözləyir
Moskva Ermənistan rəhbərliyinin Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində öhdəliklərinə sadiq qalacağını gözləyir.
Çağrı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini təsdiqləyən son açıqlamasını şərh edərkən bildirib.
Diplomat qeyd edib: "Ümid edirik ki, dəfələrlə bizə AİB çərçivəsində əməkdaşlığı dayandırmayacağına və Rusiya biznesinə maneələr yaratmayacağına söz verən Ermənistan rəhbərliyi öz öhdəliklərinə ciddi şəkildə əməl etməyə davam edəcək".
"Abstrakt Aİ standartları bir növ qeyd-şərtsiz fayda kimi təqdim olunur. Əlbəttə ki, mənzərə çox gözəldir. Lakin Avropa İttifaqının özünün düşdüyü dərin böhranı nəzərə alsaq, reallığın nəyə əsaslandığı bəlli deyil", - deyə o əlavə edib.





Oxşar
Azərbaycan Prezidenti İlham Əliyevin Berlindəki görüşləri.
Türk Dünyasına Kalemiyle Can Verenlerin Canıyla Ödediği Bedel
Türkiyə-İsrail rəqabəti və yeni Yaxın Şərqin formalaşması
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi
ABŞ-İran Gərginliyi: Hörmüz Boğazı Yenə Bağlana Bilər
Türk Dünyasında İmtahan Mərkəzləri Bir Araya Gəldi
Özbəkistanın gömrük xidmətində rəqəmsal transformasiyanın praktiki nəticələri
Türk kimliyinə qarşı "DNT hücumu"? – "Məsələ təkcə gen deyil..."