Əfqanıstan dialoqu dəstəkləyir və Pakistanı praqmatik yanaşmaya çağırır
"Əfqanıstan zorakılığı dəstəkləmir və məsələləri diplomatik yolla həll etməyə üstünlük verir, lakin bunun üçün Pakistandan həqiqi istək və praqmatik yanaşma tələb olunacaq".
Çağrı.az xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi türk həmkarı Hakan Fidan və Qətərin xarici işlər naziri Məhəmməd əl-Xulayfi ilə telefon danışığı zamanı bildirib.
"Əfqanıstan İslam Əmirliyi həmişə zorakılığa qarşı çıxıb və məsələlərin qarşılıqlı anlaşma və hörmət yolu ilə həllini müdafiə edib. Buna baxmayaraq, bu yanaşma yalnız qarşı tərəfin sülh yolu ilə həll üçün praktik və həqiqi hazırlıq göstərməsi halında uğurlu olacaq", - Müttəqi bildirib.
Fidan və əl-Xulayfi ilə danışıqlarında o, Əfqanıstanın Pakistana qarşı son hərbi əməliyyatlarının ölkənin suverenliyini, hava məkanını və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirildiyini qeyd edərək, məqsədlərə nail olunduğunu əlavə edib.
Əfqanıstan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Fidan qeyd edib ki, Ankara Kabil və İslamabad arasında gərginliyin azaldılması üzrə birgə səyləri əlaqələndirmək üçün maraqlı ölkələrlə əlaqə saxlayır. Əl-Xulayfi Qətərin gərginliyi azaltmağa çalışdığını və fürsət yarandıqda müsbət rol oynamağa hazır olduğuna əmin edib. Tərəflər koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: